AZ

İsrail-Fələstin münaqişəsi: İsrail necə yarandı və digər suallara cavablar

Fələstinin Həmas silahlı qruplaşması ötən şənbə günü yüzlərlə silahlının Qəzza zolağı yaxınlığındakı icmalara sızması ilə İsrailə qarşı görünməmiş hücuma başlayıb.

1300-dən çox israilli öldürülüb, onlarla əsgər və mülki şəxs, o cümlədən qadınlar və uşaqlar Qəzzada girov kimi saxlanılır.

İsrail ordusunun cavab olaraq Qəzzaya həyata keçirdiyi çoxsaylı hava zərbələri nəticəsində 2000-dən çox fələstinli də həlak olub və İsrail bu əraziyə qida, yanacaq və digər zəruri ehtiyacları təmin etməyib, tam blokadaya alıb.

İsrail həmçinin Qəzza sərhədi boyunca qüvvələrini toplayır və daha çox fələstinli insanın ölümünə səbəb ola biləcək quru əməliyyatına hazırlaşır.

Həmas və İsrail bir-birinə niyə hücum edir? 10 suala cavabdaHəmasın İsrailə hücumunun arxasında İran dayanırdı? Həmas qruplaşması: yaranması, hədəfi, müttəfiqləri1948-ci ilə qədər İsrail nə idi və Balfour Bəyannaməsi nə idi?

Yaxın Şərqin həmin hissəsinin hökmdarı Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində məğlub olmasından sonra Britaniya Fələstin kimi tanınan əraziyə nəzarəti ələ keçirdi.

Torpaqda yəhudi azlığı və ərəb çoxluğu, eləcə də digər kiçik etnik qruplar yaşayırdı.

Beynəlxalq ictimaiyyət Böyük Britaniyaya Fələstində yəhudi xalqı üçün “milli ev” yaratmaq tapşırığını verdikdə iki xalq arasında gərginlik daha da artdı.

Bu, 1917-ci il Balfour Bəyannaməsindən, o zamankı Xarici İşlər Naziri Artur Balfourun Britaniyanın yəhudi icmasına verdiyi vəddən irəli gəlirdi.

Bəyannamə Böyük Britaniyanın Fələstin üzərində mandatında təsbit edildi və 1922-ci ildə Birləşmiş Millətlər Təşkilatının sələfi olan, yeni yaradılmış Millətlər Liqası tərəfindən təsdiq edildi.

Yəhudilər üçün Fələstin onların ata-baba yurdu idi, lakin Fələstin ərəbləri də bu torpaqlara sahib olduqlarını iddia etdilər və bu hərəkətə qarşı çıxdılar.

Yəhudi

Şəklin mənbəyi, Getty Images

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
bbc.com

1Mənbələr