AZ

Göyçayda yük maşınına çırpılan avtomobil su kanalına düşdü, sürücü öldü

Göyçay rayonunda yük avtomobilinə çırpılan avtomobil su kanalına düşüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarabaqqal kəndi ilə üzü şəhəri istiqamətinə gedən yolda baş verib.

Bığır kənd sakini 2002-ci il təvəllüdlü Cəlilov Tahir Elşən oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxıb və yolun əks istiqamətində dayanmış "Zil" markalı yük avtomobilinə çırpılıb.

Zərbənin təsirindən minik avtomobil yolun kənarından keçən su kanalına düşüb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.

Fakta görə cinayət işi başlanaraq istintaq aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
iqtisadiyyat.az

1Mənbələr