Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 3 958 mülkiyyət hüququ qeydiyyata  alaraq çıxarışla təmin edib.

İndex.az Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstəricinin 1 358-i və yaxud 34,3 %-i ilkin, 2 600-ü və yaxud 65,7 %-i isə təkrar qeydiyyatın payına düşüb.

Bu ilin ilk 5 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1 427-si fərdi yaşayış və bağ evi,  701-i mənzil, 1 581-i torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 170-i qeyri-yaşayış sahəsi, 13-ü əmlak kompleksidir.