AZ

İsraildə mübahisəli hərbi xidmət haqqında qanun qəbul edildi

Ultra-pravoslav yəhudiləri məcburi hərbi xidmətdən azad edən qanun layihəsi İsrail parlamentində qəbul edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ultra-pravoslav yəhudiləri hərbi xidmətdən azad edilməsini nəzərdə tutan məcburi hərbi xidmətlə bağlı qanun layihəsi müdafiə naziri Yoav Galantın etirazına baxmayaraq, təsdiqlənib.

Qanun 63 deputat leyhinə, 57 deputat əleyhinə səs verməklə qəbul edilib. Qanun layihəsinin qüvvəyə minməsi üçün ikinci və üçüncü oxunuşda təsdiqlənməsi üçün parlamentin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində müzakirəyə çıxarılacaq.

Əksəriyyəti dini səbəblərə görə hərbi xidmətdən imtina edən Haredimlər 9 milyonluq ölkədə əhalinin təxminən 12 faizini təşkil edir. Ölkədəki Haredi yəhudilərinin əksəriyyəti Qərbi Qüdsdəki Meaşerim məhəlləsində və paytaxt Təl-Əvivin yaxınlığındakı Bney Brak şəhərində yaşayır.

İsraildə 1 noyabr 2022-ci il seçkilərində qalib gələn Likud lideri Binyamin Netanyahunun koalisiya ittifaqına ultra-pravoslav Şas və Birləşmiş Tövrat Yəhudilik partiyaları ilə yanaşı, ifrat sağçı partiyalar da daxildir.

Bir çox mövzuda dünyəvi yəhudilərlə fikir ayrılığı olan və cəmiyyətin qalan hissəsi ilə inteqrasiyadan imtina edən Haredi yəhudilərinin əksəriyyəti orduda xidmət etməkdən imtina edirlər.

İsraildə kişilər və qadınlar üçün 3 il məcburi hərbi xidmət var. Haredimlər isə 26 yaşına qədər Tövrat Kurslarında (Yeşiva) təhsil alırlarsa, hərbi xidmətdən azad edilirlər. İsraildəki koalisiya ortağı Haredi partiyaları “Tövrat təhsilin əsas hüququdur” qanunu qəbul edərək təmsil etdikləri seqmentin hərbi xidmətdən azad ediləcəyinə hüquqi təminat vermək istəyirlər

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
konkret.az

1Mənbələr