AZ

Rusiya-Ukrayna cəbhəsindən ən son məlumatlar: Rusiyanın itkiləri artıb

Son 24 saat ərzində cəbhədə Rusiya işğalçı qüvvələri ilə 81 hərbi toqquşma olub. Vəziyyət gərgin olsa da nəzarət altındadır.

Editor.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, Rusiya şəxsi heyətinin cəmləşdiyi 13 ərazinin, 7 hava hücumundan müdafiə sisteminin, bir artilleriya bölməsinin və bir radiolokasiya stansiyasının məhv edilib. İşğalçılar Ukrayna ərazisinə iki raket və 45 hava zərbəsi endirib, həmçinin hərbi mövqelərə və yaşayış məntəqələrinə 2900-dən çox hücum həyata keçirib.

Bundan əlavə, Rusiya Ukraynaya 486 kamikadze dron buraxıb. Baş Qərargahın son məlumatlarına görə, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya işğal ordusu Ukraynada 519 min 750-yə yaxın əsgərini itirib. Böyük miqdarda məhv edilən texnikalar arasında 359 müxtəlif tipli təyyarə və 326 helikopter var. İşğalçılar həmçinin 28 gəmi və qayığı və bir sualtı qayığı itiriblər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
editor.az

1Mənbələr