AZ

Yığmamız Bolqarıstana qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Bolqarıstanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Samir Əliyevin yetirmələri rəqibini Bakıda qəbul edəcək. Slovakiya ilə səfərdəki yoxlama matçında 2:3 hesabı ilə uduzan komandamız doğma divarlar arasında azarkeşlərini sevindirməyə çalışacaq.

Qeyd edək ki, yığmamız növbəti matçına sentyabrın 6-da çıxacaq. Millimiz AVRO-2025-in seçmə mərhələsində Lüksemburqun qonağı olacaq.

21 yaşadək futbolçular arasında yoldaşlıq oyunu
11 iyun
20:00. Azərbaycan – Bolqarıstan

Bakı. “Liv Bona Dea Arena”

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
idman.biz

2Mənbələr