AZ

BƏƏ-nin "ADNOC" şirkətinin Azərbaycanda filialı yaradılıb

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) törəmə müəssisəsi olan "ADNOC İnternational Project Co 1 RSC Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialını dövlət qeydiyyatına alıb.

FED.az xəbər verir ki, yeni fəaliyyətə başlamış nümayəndəliyin qanuni təmsilçisi Sadıxov Murad Sabir oğludur. 

Hüquqi ünvanı Bakı, Nəsimi rayonu, Neftçilər pr., ev 153, Port Baku Towers, Cənubi Qala, 10-cu mərtəbə ünvanıdır.

Bildirək ki, 1971-ci ildə qurulan ADNOC, bütövlükdə Abu Dabi Hökumətinə məxsus olan aparıcı diversifikasiya edilmiş enerji qrupudur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
fed.az

1Mənbələr