AZ

Vitse-prezidentin təyyarəsi havaya qalxdıqdan sonra radarlardan itib: axtarış-xilasetmə əməliyyatları başlayıb

Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarəsi ölkənin paytaxtı Lilonqvedən havaya qalxdıqdan sonra radarlardan itib. Təyyarənin göyərtəsində daha 9 nəfər olub.

Editor.az bildirir ki, bu barədə BBC dövlət başçısının ofisinə istinadən xəbər verib. Məlumata görə, ölkə prezidenti Lazarus Çakvera axtarış-xilasetmə əməliyyatına göstəriş verib. Təyyarə yerli vaxtla saat 10:00 radələrində ölkənin şimalındakı Mzuzu beynəlxalq hava limanına enməli idi.

Hadisə ilə əlaqədar Çakvera Baham adalarına işgüzar səfərini ləğv edib.
Qeyd eək ki, Saulos Çilima 2014-cü ilin mayından Malavinin vitse-prezidenti vəzifəsində çalışır. AFP qeyd edir ki, o, 2022-ci ildə britaniyalı-malaviyalı bir iş adamının iştirakı ilə rüşvət məhkəməsinə görə səlahiyyətlərindən məhrum edilib.

May ayında Malavi məhkəməsi Çilimaya qarşı ittihamları ləğv edib. Siyasi karyerasına qədər Saulos Çilima Malavidəki transmilli şirkətlərin, o cümlədən Unilever, Coca-Cola və Airtel Malawi-nin törəmə şirkətlərində yüksək vəzifələrdə çalışıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
editor.az

1Mənbələr