AZ

Pentaqon “Azov” batalyonunu silahlandıracaq

Pentaqon

ABŞ hakimiyyəti Ukrayna ordusunun “Azov” xüsusi batalyonuna silah tədarükünə qoyulan qadağanı ləğv edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Washington Post” qəzeti ABŞ Dövlət Departamentinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, indi “Azov” hərbi qruplaşması Ukrayna ordusunun digər birlikləri kimi ABŞ-nın hərbi yardımına çıxış əldə edəcək.

Pentaqon müvafiq qərarı “Azov” ABŞ Dövlət Departamentinin yoxlamasından keçdikdən sonra verib. Yoxlama nəticəsində “azov”çuların “insan hüquqlarını ciddi şəkildə pozduğuna” dair heç bir sübut tapılmayıb.

Bu arada Rusiya ordusu Avdeevka yaxınlığında Ukrayna Silahlı Qüvvələrini məğlub edib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
reyting.az

1Mənbələr