AZ

Macarıstanda ikinci sınaq

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Macarıstanda keçirilən təlim-məşq toplanışında ikinci matçına çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə gələcək. Dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzan millimiz bu dəfə uğurlu nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.

Yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan

Baş hakim: Bence Csonka (Macarıstan)
Sombatxey. “Haladas SportKomplexum”

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
3
idman.biz

4Mənbələr