AZ

Azərbaycandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsiilə məşğul olan 49 yaşlı Astara rayon sakini İlyas Dadaşovsaxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-əbildirilib ki, ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqrammarixuana aşkar olunub.

Araşdırmalarla İ.Dadaşovun maddi qazanc müqabilində şəxsiyyətiistintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlbolunduğu müəyyən edilib.

O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən həmin 5 kiloqramnarkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası iləsərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manatgəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə İ.Dadaşov barəsində həbs qətimkan tədbiriseçilib, araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
29
az.trend.az

10Mənbələr