AZ

Məhkəmə ticarət mərkəzində təmizlikçini döyən qadınla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Samirə Quliyevanın (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 12 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Nəsimi rayon ərazisində yerləşən “Kəndli Yarmarkası” ticarət mərkəzində qeydə alınıb.

 

Belə ki, sözügedən ticarət mərkəzində meyvə-tərəvəz satışı ilə məşğul olan Samirə Quliyeva orada təmizlikçi işləyən zərərçəkmiş Maya Qafarova (şərti) ilə mübahisə edib. O, əvvəlcə zərərçəkmişi nalayiq ifadələrlə təhqir edib, sonra ona zor tətbiq edib qəsdən əlləri ilə Mayanın sifət nahiyəsindən zərbələr vurub.

 

Hadisədən sonra Samirə Quliyeva cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 11 İyun 2024, 08:48   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
pravda.az

1Mənbələr