AZ

Yonhap: Cənubi Koreya ilə Çin gələn həftə 2+2 dialoqunun ilk iclasını keçirə bilər

Koreya Respublikası ilə Çinin müdafiə və xarici işlər nazirlikləri arasında 2+2 formatında dialoqunun ilk görüşünü gələn həftə keçirə bilər.

“İki sahilxəbər verir ki, ​bu barədə “Yonhap” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, detalların razılaşdırılıdığı görüş gələn həftənin əvvəlində Seulda baş tuta bilər.

Agentlik qeyd edir ki, tədbir Rusiya Federasiyası ilə KXDR arasında növbəti sammitin mümkünlüyü, habelə Koreya yarımadasında gərginliyin artması fonunda təşkil olunacaq.

Koreya Respublikasının Prezidenti Yun Sok Yola və Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Çianq bu dialoqun mayın 26-da Seulda Yaponiyanın iştirakı ilə keçiriləcək üçtərəfli sammitdə başlaması barədə razılığa gəliblər. Xarici işlər nazirliklərinin nazir müavinləri səviyyəsində, müdafiə departamentinin isə departament direktoru səviyyəsində təmsil olunacağı gözlənilir.

Agentlik güman edir ki, danışıqlar aparılarsa, tərəflər təkcə ikitərəfli əlaqələri və Koreya yarımadasındakı vəziyyəti deyil, həm də Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlığı, ÇXR və ABŞ arasında rəqabəti müzakirə edə bilərlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
ikisahil.az

10Mənbələr