AZ

“Brayton” 31 yaşlı məşqçiyə tapşırılır

“Brayton” yeni baş məşqçi tapıb. İngiltərə Premyer Liqa təmsilçisi tezliklə bu barədə rəsmi açıqlama verəcək.

Futbolinfo.az xəbər verir ki, Roberto de Zerbi ilə yollarını ayıran komanda Fabian Hyurçeler ilə razılıq əldə edib. “Sankt Pauli”ni Bundesliqaya yüksəldən alman mütəxəssis yeni mövsümə İngiltərədə başlayacaq.

31 yaşlı çalışdırıcı Almaniyanın aşağı yaş qrupu üzrə millilərində köməkçi işlədikfdən sonra 2020-ci ildə “Sankt Pauli”də eyni vəzifəni tutub. O, ilyarımdır bu klubda baş məşqçi postundadır və II Bundesliqanın qalibi olmağı bacardı.

Hyurçelerin klubu ilə müqaviləsi olsa da, “Brayton” təzminat qarşılığında onu düşərgəsinə gəlməyə razı salıb. Məşqçi ilə 4 illik müqavilə bağlanması nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
futbolinfo.az

1Mənbələr