AZ

Bütün Rusiya Ermənistandakı bu biabırçı hadisədən danışır

Bütün Rusiya Ermənistandakı bu biabırçı hadisədən danışır.

KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası vətəndaşı 25 yaşlı İrina Alleqrovaya qarşı İrəvan küçələrinin birində əxlaqsızlıq edilib. Belə ki, Tumanyan küçəsi 10 ünvanında naməlum kişi arxadan ona yaxınlaşıb, onun arxasını əlləyib, sonra qeyri-etik hərəkətlər edərək qaçıb.

Başına gələn xoşagəlməz hadisə barədə rus turist ölkənin Daxili İşlər Nazirliyinin Mərkəzi Polis İdarəsinə müraciət edib.

Hadisə ilə bağlı Mərkəzi Polis İdarəsində sənədlər hazırlanaraq inzibati ərazi dairələri üzrə istintaq şöbəsinə təhvil verilib.

Polis əxlaqsız ermənini tapmaq üçün ondan çox kameranı yoxlayıb. Artıq Rusiya mediasında Ermənistanda rus turistlərə, xüsusən qadınlara qarşı belə davranışların çoxluq təşkil etdiyi barədə müzakirələr qızışıb. Hadisənin seksual xarakerli olduğu üzə çıxsa da, sosioloqlar digər məqama da üstünlük verib. Belə ki, onların mülahizələrinə görə, ölkədə anti-rus əhval-ruhiyyəsi getdikcə artır və bu kimi hallar həmin amillərdən doğur.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
konkret.az

1Mənbələr