AZ

İndoneziyada nəhəng piton qadını udub

İndoneziyada nəhəng piton qadını udub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kalampanq kəndində 4 uşaq anası olan 50 yaşlı Farida evinin yaxınlığındakı meşədə yoxa çıxıb. Qadın bağçasında yetişdirdiyi tərəvəzləri satmaq üçün bazara gedirmiş.

Faridanin gecə evə qayıtmaması qonşuları və ərini narahat edib. Onu axtarmağa başlayarkən dəhşətə gəliblər. Belə ki, ertəsi gün kolların arasından altı metrlik nəhəng piton tapılıb.

Kəndlilər pitonu öldürüb və qadını ilanın qarnında tapıblar.

Faridanın əri Noni arvadının evdən tək çıxmasına çox peşman olduğunu bildirib. “O gün mən onun yanında olsaydım, piton ona toxunmağa cəsarət etməzdi”, – deyə ər bildirib. “Onun çəkdiyi ağrıları təsəvvür etmək belə dəhşətlidir. Çox üzgünəm”.

Qeyd edək ki, İndoneziyada pitonların insanlara hücumu ilk dəfə deyil. 2022-ci ildə Cambi əyalətində 50 yaşlı Jara Sumatra piton tərəfindən öldürülüb.

Ancaq belə hallar olduqca nadirdir. İndoneziyada 2017-ci ildən bəri piton tərəfindən dörd nəfər öldürülüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
konkret.az

1Mənbələr