AZ

Metalın kosmosda bu xüsusiyyəti hər birinizi şoka sala bilər

Min illər ərzində insanlar metallarla manipulyasiya etməyi öyrəniblər. Alimlər indi metalların ətraf mühitin təsirini daha davamlı etmək yollarını bilirlər.

KONKRET.az bununla bağlı elmi araşdırmanı təqdim edir:

“Düşünə bilərsiniz ki, metallar paslanmasa və ya çürüməzsə, onlar kosmosda daha yaxşı işləyirlər, lakin vakuumda başqa problemlər də var. IFLScience yazır ki, onlar kosmik gəmi üçün çox ciddi nəticələrə səbəb ola bilər.

İnsanlar metallardan istifadə etməyə başlayandan bəri onları qaynaqla birləşdirməyi öyrəniblər. Bu proses metalların qızdırılmasını, onlardan birinin və ya hər ikisinin əridilməsini, metalların birləşdirilməsini və soyudulmasını nəzərdə tutur.

Əlbəttə, metalları qaynaq etməyin başqa yolları da var. Kimyəvi maddələr, təzyiq və molekulyar səviyyədə müdaxilə metalların birləşməsini təmin edə bilər. Ancaq vakuumda edilən bir üsul da var, o da soyuq qaynaqdır.

Soyuq qaynaqda metalları birləşdirmək üçün əritməyə ehtiyac yoxdur. Lakin metallar eyni tipli, təmiz, hamar və vakuumda saxlanmalıdır. Metallar yaxınlaşdıqca atomlar arasında van der Waals qüvvələri güclənir. Bu qüvvələr kimyəvi birləşmələr qədər güclü deyil, lakin metalların birləşməsinə kömək edə bilər.

Metalların səthlərinin təmasda olması kifayətdir və qaynaq baş verir. Soyuq lehimləmə reallıq nəzəriyyədən daha mürəkkəbdir. Soyuq lehimləmə müəyyən bir təzyiq tələb edir.

Ancaq soyuq lehimləmə makro səviyyədə mürəkkəb bir prosesdir. Məsələn, NASA-nın zondla bağlı olduqca ciddi problemi var idi.

1990-cı illərdə Yupiter və onun peyklərini tədqiq edən Galileo kosmik gəmisi soyuq qaynaq səbəbiylə yüksək güclü antennasını işlədə bilməyib.

Belə ki, əyilmiş antennanın üzgəcləri arasındakı sürtünmə onların qaynaqlanmasına səbəb olub. Cihazda daha az gücə malik başqa bir anten olub deyə məhz buna görə əlaqə qurulub. Əgər bu, baş verməsəydi, bahalı missiya öz elmi məqsədlərini yerinə yetirə bilməcəkdi.

Zond 8 il fəaliyyət göstərdiyi müddətdə Yupiter haqqında çoxlu qiymətli məlumatlar toplamağa nail olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
konkret.az

1Mənbələr