AZ

İlon Maskdan Apple cihazlarını qadağan etmək planı

Tesla, SpaceX və kimi şirkətlərin sahibi Elon Musk (İlon Mask) X sosial media hesabında, ABŞ-ın Apple şirkətinin ChatGPT-ni inkişaf etdirən OpenAI süni intellekt tədqiqat şirkətilə əməkdaşlığı haqqında paylaşım edib.

Marja.az xəbər verir ki, Musk, OpenAI-ı əməliyyat sistemi səviyyəsində inteqrasiya etdikləri təqdirdə Apple cihazlarının şirkətlərində qadağan ediləcəyini qeyd edib və "Bu, qəbuledilməz bir təhlükəsizlik pozuntusudur" deyib.

Musk şirkətə gələnlərin Apple cihazlarını qapıda təhvil verməli olacağını qeyd edərək cihazların Faraday qəfəsində saxlanacağını qeyd edib.

Apple-ı öz süni intellekt tətbiqini inkişaf etdirmək əvəzinə OpenAI-a güvəndməsini də tənqid edən Musk, “Apple öz süni intellektini istehsal edəcək qədər ağıllı olmaması, ancaq OpenAI-nin təhlükəsizliyinizi və məxfiliyinizi qoruyacağına əmin ola bilməsi tamamilə absurddur.  Apple, məlumatlarınızı OpenAI-a təhvil verdikdə əslində nə baş verdiyini bilmir",- qiymətləndirməsini edib.

Apple açıqlayıb ki, lazım olduqda ağıllı şəxsi köməkçisi Siri söhbət rabotu ChatGPT-yə daxil ola biləcəyini və ChatGPT ilə inteqrasiyanın ilin sonunda iOS 18, iPadOS 18 və macOS Sequoia ilə gələ biləcəyini bəyan edib.

ChatGPT-nin inkişaf etdirən OpenAI-nin baş direktoru Sam Altman da sosial media hesabında "Mən bu ilin sonunda ChatGPT-ni cihazlarına inteqrasiya etmək üçün Apple ilə əməkdaşlıq etməkdən məmnunam. Düşünürəm ki, bunu bəyənəcəksiniz", - yazıb. 

ChatGPT OpenAI AppleiOS 18 iPadOS 18 macOS Sequoia Tesla SpaceX Elon Musk
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
marja.az

1Mənbələr