AZ

“Kişi kimi davranan kişilərə həsrətəm”

Türkiyənin məşhur aktrisası Evrim Alasyanın yeni açıqlaması müzakirələrə səbəb olub. 

“Qafqazinfo” Türkiyə mətbutına istinadən xəbər verir ki, aktrisa açıqlamasında dövrün kişilərindən narazılıq edib.

Onun kişi-qadın münasibətləri ilə bağlı fikirləri birmənalı qarşılanmayıb:

"Kişi kimi davranan kişilərə həsrətəm. İndi nəzakət qaydaları kişi-qadın münasibətlərində qalmayıb. Nəyisə məcbur etdirincə, onun mənası olmur. Hərdən özümə sual verirəm ki, bu vəziyyət bəlkə biz qadınlardan qaynaqlanır? Çünki qadınla kişi arasında tarazılıq deyilən anlayış qalmayıb".

Qeyd edək ki, aktrisa hazırda "Kızılcık şerbeti" serialında "Kıvılcım" obrazını canlandırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
qafqazinfo.az

2Mənbələr