AZ

“Napoli”nin kapitanı “Yuventus”a keçir

style='margin-bottom:10px;'>

Covanni Di Lorentso kapitanı olduğu “Napoli”ni tərk etmək üzrədir. 

QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını “Yuventus”da davam etdirəcək. 

Di Lorentso artıq Turin klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Transferin reallaşması üçün iki klub arasında razılıq əldə olunmalıdır. 

“Napoli”nin yeni baş məşqçisi Antonio Konte Di Lorentsonu fikrindən daşındırmağa çalışsa da, istəyinə çata bilməyib. Futbolçu qərarında qəti olduğunu söyləyib.

Digər iddiaya görə, “Napoli” Di Lorentsonu “Yuventus”un hücumçusu Federiko Kyeza ilə dəyişdirə bilər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
teleqraf.com

1Mənbələr