AZ

Körpə eyvandakı süd vedrəsinə yıxıldı - Foto

Türkiyənin Kayseri şəhətində 1 yaş yarımlıq körpə eyvanda südlə dolu vedrənin içinə düşüb.

Yenisabah.az xəbər verir ki, hadisə saat 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində baş verib.

Belə ki, evin eyvanında oynayan Suriya əsilli Lemis B. pendir hazırlamaq üçün istifadə edilən südlə dolu vedrəyə düşüb.

Ailəsi onu görəndə dərhal körpəni vedrədən çıxarıb təcili yardıma xəbər veriblər. Daha sonra hadisə yerinə polis əməkdaşları göndərilib. Huşunu itirmiş körpə “Erciyes” Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

Körpənin həyatı təhlükə altında qaldığı, riskin hələ də davam etdiyi bildirilib.

Faktla bağlı araşdırmalar davam edir.  

Şeyla Səmiyeva


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
yenisabah.az

1Mənbələr