AZ

Hakan Fidan Moskvada Sergey Narışkin ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə görüşüb.

Busaat.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, görüşdə Ukraynadakı münaqişə, Qəzza zolağı və Suriyadakı vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların vəziyyəti müzakirə olunub.

Qeyd edək ki, Fidan Rusiyaya səfəri zamanı Nijni Novqorodda keçiriləcək BRİKS+ xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
busaat.az

1Mənbələr