AZ

Aİ Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək niyyətindədir

Bakı. Trend:

Avropa İttifaqı Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiyaqaz kəmərləri ilə nəql etmək istəyir.

Trend xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadənməlumat yayıb.

Belə ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləriRusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dairsazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfiilə danışıqlar aparır.

Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri dəAvropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindənkeçən Rusiya qaz kəmərləri ilə nəqlidir.

Bu, Aİ-nin enerji resurslarından imtina etməyə çalışdığı RusiyaFederasiyasının özündən qaz almaq imkanını aradan qaldırır. Ukraynaərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının bunuKiyevin iqtisadiyyatını qorumaq amillərdən biri hesab etməsi iləbağlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
15
az.trend.az

3Mənbələr