AZ

Şərqi Afrika ölkəsinin vitse-prezidentin olduğu təyyarə yoxa çıxıb

Şərqi Afrika ölkəsi Malavidə vitse-prezident Saulos Çilimanın olduğu hərbi təyyarə radardan itib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Prezident Ofisi açıqlama verib.

Bildirilib ki, təyyarə radarlardan itdikdən sonra onunla əlaqə saxlamaq cəhdləri indiyədək uğursuz olub: "Təyyarədə Çilima ilə birlikdə daha 9 nəfər olub. Onlar yerli vaxtla saat 09.17-də paytaxt Lilonqvedən havaya qalxıb və qısa müddət sonra yoxa çıxıb. Həmn vaxtdan təyyarənin axtarışı təəssüf ki, faydalı olmayıb...".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
mia.az

2Mənbələr