Müdafiəçi Levi Kolvill tezliklə “Çelsi”dən ayrıla bilər.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bavariya” 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. Münhen klubu artıq transferlə bağlı qarşı tərəflə danışıqlara başlayıb.
Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Kolvill son mövsüm 32 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
“Tranfsermarkt” Kolvillin transferini 50 milyon avro olaraq dəyərləndirir.