AZ

24 yaşlı bloger Avropa Parlamentinin üzvü seçildi

Kiprdə 24 yaşlı "Youtube" blogeri Fidias Panayiota Avropa Parlamentinin üzvü olub.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə "Phileleftheros" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Kiprdən ümumilikdə altı deputat seçilib, onlardan üçü yenidən seçilib, üçü isə ilk dəfə Avropa Parlamentinə daxil olacaq. Xüsusilə, bloger Panayiota exit-poll nəticələrinə görə üçüncü yeri tutub.

Qeyd olunur ki, blogerin özü də parlamentə düşəcəyinə inanmırmış.

Panayiota müxtəlif yumoristik videolarla tanınır. 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
news24.az

1Mənbələr