Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 10-da səfər çərçivəsində Minsk şəhərində Zəfər abidəsini ziyarət edib.
Spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub.
Sonra burada Azərbaycan və Belarusun dövlət himnləri səsləndirilib.