AZ

Bahar Muradova: Azərbaycanda erkən nikah və digər mənfi stereotiplərə qarşı fəal mübarizə aparılır

Ölkəmizdə erkən nikah və dəyərlərimiz çərçivəsində digər mənfi stereotiplərə qarşı fəal mübarizə aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova “Selektiv abortlarla mübarizə” kampaniyası çərçivəsində iyunun 10-da keçirilən tədbirdə söyləyib.

Azərbaycanda ailə institutunun, xalqımıza məxsus zəngin dəyərlərin qorunub saxlanılmasından danışan B.Muradova deyib: “Dövlət komitəsi ailə dəyərlərinin qorunub saxlanılması, erkən nikahlara qarşı mübarizə istiqamətində müxtəlif layihələr həyata keçirilir. “Selektiv abortlarla mübarizə” kampaniyası çərçivəsində “Güclü zəriflər” adlı sosial maarifləndirmə layihəsi də bunlardan biridir”.

Komitə sədri bildirib ki, dövlət komitəsi layihələrini davam etdirəcək.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
dogru.az

2Mənbələr