AZ

Husilər 2 gəmiyə raket hücumu etdi

Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzindəki ticarət gəmilərini hədəfə alıb.

News24.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) dünən axşam verdiyi açıqlamada Husilərin nəzarətində olan bölgələrdən Ədən körfəzinə iki gəmi əleyhinə ballistik raketin atıldığı, raketlərdən birinin isə Liberiyanı vurduğu bildirilib.

Hücum nəticəsində gəminin zədələndiyi, lakin gəminin səyahətinə davam etdiyi qeyd edilib. Digər raketin də bölgədəki koalisiya qüvvələri tərəfindən uğurla məhv edildiyi, hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.

CENTCOM husilərin gəmi əleyhinə ballistik raket və gəmi əleyhinə qanadlı raketlə Ədən körfəzinə ayrıca hücum həyata keçirdiklərini açıqlayıb.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
news24.az

1Mənbələr