AZ

ABŞ-nin Tayvanı müdafiə etmək planına dronlardan kütləvi istifadə daxildir

ABŞ-nin Çinin ehtimal olunan işğalı halında Tayvanı müdafiə etmək planı pilotsuz uçuş aparatlarının, pilotsuz qayıqların və sualtı sistemlərin kütləvi istifadəsini nəzərdə tutur. 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri Samuel Paparo "The Washington Post" qəzetinə müsahibəsində bildirib.

"Onlar (Pekin) dünyanı sürətli, şiddətli bir müharibə ilə qarşı-qarşıya qoymaq istəyirlər. Mənim məqsədim indidən 2027-ci ilə qədər və ondan sonra ABŞ və müttəfiq ordularının bunun qarşısını almaq üçün vasitələrə malik olmasını təmin etməkdir", - o əlavə edib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden "Time" jurnalına müsahibəsində Çinin işğalı halında Tayvanı müdafiə etmək üçün ABŞ ordusundan istifadə edəcəyini istisna etməyib. 

Eyni zamanda, Amerika prezidenti Vaşinqtonun belə bir vəziyyətdə Filippindəki və Yaponiyadakı bazalarından zərbələr endirmək niyyətində olub-olmadığına cavab verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
operativmedia.az

1Mənbələr