AZ

Dünyanın ən yaxşı çörəyi

Dünyada qidaları araşdıran və hər il ən yaxşılarını seçən Dad Atlası dünyanın ən yaxşı çörəklərini sıralayıb. 

News24.az xəbər verir ki, dünyanın bir çox ölkəsindən fərqli dadların yer aldığı siyahıda birinci yeri Türkiyənin Bafra Pidəsi tutub.

Bir əsrə yaxın tarixə malik olan və əvvəl Türkiyə daxilində, sonra beynəlxalq aləmdə adından söz etdirən Bafra Pidəsinin dadını iki qat artıran üsul maraq mövzusuna çevrilib.

Qeyd edək ki. Bafra pidəsi daha əvvəl Türkiyədə birincilik qazanıb. İndi dünya siyahılarına daxil olub. Yaxşı Bafra pidəsinin sirri onun xəmirində gizlidir. Xəmirin bir gün dincəlməsi Bafra pidəsinin dadına dad qatır.

Bafra pidə ustaları xəmiri mayalandırmağın hiylə olduğunu deyirlər. Bu fermentasiya zamanı içəridə mikrotunellər əmələ gəlir və gözəl bir tutarlılıq yaranır.


Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
news24.az

2Mənbələr