AZ

İsrail Qəzzada 37 mindən çox insanı qətlə yetirib

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda can itkisi 37 min 124-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin Qəzza zolağında son 24 saatda həyata keçirdiyi 5 hücumda 40 nəfərin həyatını itirdiyi, 218 nəfərin isə yaralandığı bildirilib. Bununla yaralıların sayının isə 84 min 712-yə yüksəldiyi qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
operativmm.az

1Mənbələr