AZ

Quterreş Qəzzada təcili və davamlı atəşkəsə çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada təcili və davamlı atəşkəsə çağırıb.

Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

Onun sözlərinə görə, Baş katib İsrailin əsirləri xilas etmə əməliyyatı zamanı yüzlərlə fələstinlini öldürməsini pisləyib:

"Biz bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi üçün çağırışlarımızı davam etdiririk. Əməliyyatlar çərçivəsində yüzlərlə fələstinli mülki şəxsin həlak olması və yaralanmasını pisləyirik. Bölgədə hər hansı insan itkisinin baş verməsi faciədir. Hər kəsin beynəlxalq hüquq çərçivəsində öhdəlikləri var və bu öhdəliklərə əməl etməlidir. Qəzzada münaqişə dayandırılmalı, girovlar azad olunmalı, bölgədə təcili və davamlı atəşkəs olmalıdır".

Qeyd edək ki, İsrail ordusunun iyunun 8-də Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsi və müxtəlif bölgələrə qurudan, havadan və dənizdən həyata keçirdiyi hücumlarda 64-ü uşaq, 57-si qadın olmaqla 274 fələstinli həyatını itirib.

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
7
report.az

8Mənbələr