AZ

Karlos Alkaras Rolan Qarros çempionu oldu

İspaniyalı tennisçi Karlos Alkaras Rolan Qarrosda keçirilən Fransa Açıq Tennis Turnirinin qalibi olub.

News24.az xəbər verir ki, mövsümün ikinci böyük dəbilqə turniri olan "Rolan Qarros"da kişilər arasında təkbətək yarışın finalı ispaniyalı tennisçi Karlos Alkarasla Akman raketkaçısı Aleksandr Zverev arasında oynanılıb.

Fransanın paytaxtı Parisdə keçirilən turnirdə qarşılaşma 4 saat 18 dəqiqə davam edib. Alcaraz 6-3, 2-6, 5-7, 6-1 və 6-2 setlərindən sonra 3-2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Rolan Qarrosda ilk çempionluğunu qazanan 21 yaşlı Alkaras bundan əvvəl ABŞ Açıq və Uimbldonda qalib olmuşdu. İspaniyalı raketka bugünkü nəticə ilə 3-cü böyük dəbilqəni qazanıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
news24.az

1Mənbələr