Azərbaycanlı futbolçu Albaniya klubuna transfer olunub.
Prosport.Az xəbər verir ki, "Araz Naxçıvan"dan ayrılan Zamiq Əliyev karyerasını sözügedən ölkənin çempionu “Eqnatiya”da davam etdirəcək.
23 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, "Eqnatiya" 2023/2024 mövsümündə həm Albaniya çempionu olub, həm də ölkə kubokunu qazanıb. Ötən mövsümün əvvəlində digər azərbaycanlı futbolçu Vüsal İsgəndərli bu kluba keçsə də, o, qış fasiləsində Albaniya çempionatının liderini Türkiyə I Liqa klubu "Boluspor"a dəyişmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta