AZ

Azərbaycanlı futbolçu xarici klubla Çempionlar Liqasında oynayacaq – FOTO

Azərbaycanlı futbolçu Albaniya klubuna transfer olunub.

Prosport.Az xəbər verir ki, "Araz Naxçıvan"dan ayrılan Zamiq Əliyev karyerasını sözügedən ölkənin çempionu “Eqnatiya”da davam etdirəcək.

23 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, "Eqnatiya" 2023/2024 mövsümündə həm Albaniya çempionu olub, həm də ölkə kubokunu qazanıb. Ötən mövsümün əvvəlində digər azərbaycanlı futbolçu Vüsal İsgəndərli bu kluba keçsə də, o, qış fasiləsində Albaniya çempionatının liderini Türkiyə I Liqa klubu "Boluspor"a dəyişmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
25
prosport.az

10Mənbələr