AZ

Paris meri Makronun qərarından şoka düşüb

Pərvanə SULTANOVA [email protected]


Paris şəhərinin meri Ann İdalqo Fransa prezidenti Emmanuel Makronun Avropa Parlamenti seçkilərində uduzduqdan sonra ölkə parlamentini buraxmaq barədə qərarından şoka düşdüyünü bətan edib. 

525.az xəbər verir ki, bu barədə xanım mer AFP-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, belə bir qərar qarşıdan gələn Olimpiya Oyunlarına təsir göstərə bilər.

“Prezidentin parlamenti buraxılmaq qərarını eşidəndə mat qaldım. Parlamentin Oyunlar ərəfəsində buraxılması son dərəcə narahatedicidir”, -

Fransa paytaxtının meri bildirib.

2024-cü il Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Milli Assambleyaya növbədənkənar seçkilərin ilk turu isə iyunun 30-da, ikinci turu bir həftə sonra baş tutacaq. 
 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
525.az

1Mənbələr