AZ

Ukrayna Qərbin səhvinə görə Odessa və Nikolayevi itirə bilər -   Conson

Pərvanə SULTANOVA [email protected]


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson hesab edir ki, Ukrayna Qərb dövlətlərinin səhvləri ucbatından şəhərlərini itirə bilər. 

525.az xəbər verir ki, o, bu barədə “Dialogue Works” YouTube kanalında danışıb. 

Conson Ukraynanın Odessa və Nikolayevi saxlaya biləcəyi ilə bağlı suala mənfi cavab verib. Onun fikrincə, Qərbin Minsk razılaşmaları ilə Rusiyanı aldatmaq qərarına görə Ukrayna Odessa və Nikolayevi itirə bilər.

Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini təhlil edən ekspert düşünür ki, bu şəhərləri ələ keçirmək mümkün olacaq. 

O, həmçinin qeyd edib ki, Rusiya bundan sonra Qərbə etibar etməyəcək: “Niyə Qərbə güvənməlidirlər? Qərb ölkələri Minsk razılaşmalarının təminatçısı kimi çıxış ediblər, lakin Almaniyanın keçmiş kansleri Angela Merkel daha sonra öz müsahibəsində dedi ki, bu, yalnız ukraynalılara vaxt qazanmaq üçün edilib. Yəni Merkel yalan danışdıqlarını, bu razılaşmaya ciddi yanaşmadıqlarını etiraf etdi”.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
525.az

1Mənbələr