AZ

PSJ və "Barselona"nın transfer mübarizəsi

"Liverpul"un futbolçusu Luis Dias Avropanın nəhəng klublarının transfer siyahısında yer alıb.

Sportal.az xəbər verir ki, "Barselona" və PSJ kolumbiyalı vingeri heyətinə qatmaq üçün mübarizə aparır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

PSJ-nin baş məşqçisi Luis Enrike 27 yaşlı ön xətt oyunçusunu komandadan ayrılan Kilian Mbappenin yerinə düşünür. Hər iki klub yaxın günlərdə rəsmi təkliflə Mersisyd təmsilçlisinə müraciət edəcək.

Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında "Portu"dan transfer edib. Kolumbiya millisinin üzvü son mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 51 rəssmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
sportal.az

1Mənbələr