AZ

Putinlə Braziliya prezidenti arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Braziliya prezidenti Lula da Silva ilə telefon danışığı aparıb.

32gun.az bildirir ki, Kremlin saytının məlumatına görə,  onlar Ukrayna ətrafındakı vəziyyəti və İsveçrədəki konfransı  müzakirə ediblər. 

Hər iki ölkənin liderləri Rusiya və Braziliya arasında bütün əsas sahələrdə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər. Onlar, xüsusən, Rusiyanın BRİKS -ə  sədrliyi və Braziliyanın G20-yə sədrliyi nəzərə alınmaqla sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər .

“Vladimir Putin Ukrayna ətrafında vəziyyəti müzakirə edərkən, İsveçrədə keçiriləcək qondarma sülh konfransı ilə bağlı Rusiya tərəfinin prinsipial yanaşmalarını açıqlayıb”, - Kremldən bildiriblər.

Onlar əlavə ediblər ki, Braziliya prezidenti münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışına töhfə vermək istəyini ifadə edib ki, bu da Braziliya və Çinin bununla bağlı məlum birgə təşəbbüsündə öz əksini tapıb.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
32gun.az

10Mənbələr