AZ

Qaqarina yeni Puqaçova olmaq istəmir..?

...Rusiyalı müğənni Polina Qaqarina iyunun 29-da Lujnikidə baş tutacaq böyük şouya həsr olunmuş mətbuat konfransında bildirib ki, o, səhnədə yeni Alla Puqaçova olmaq niyyətində deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, NEWS.ru müxbirinin sualını cavablandıran sənətçi heç kimin “əvəzedicisi” olmadığını vurğulayıb.

...Mən heç kimin əvəzedicisi deyiləm. Mən təkbaşınayam. Mənim adım Polina Qaqarinadır. Bu mənim əsl adım və soyadımdır. Sevdiyim və onsuz yaşaya bilməyəcəyim şeyi edirəm. Mənə “tsaritsa” və ya “kraliça” kimi status vəbaşlıqlar lazım deyil. Adım və soyadım mənim üçün kifayət qədərdir. Bu, mənim oxuduğum şey deyil. Konsertlərdən sonra mənə nə yazırlar, hansı rəylər alıram, mənim üçün ən yüksək mükafatdır, - deyə müğənni bildirib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sia.az

1Mənbələr