AZ

Prezident: '' Uşaq qatili'' adlandıraraq İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini bildirdi.

Hurriyyet.az bildirir:Kolumbiya prezidenti Petro İsraili Qəzzada "kütləvi qətl" törətməkdə ittiham edib

Kolumbiya prezidenti Qustavo Petro İsraili Qəzzada dinc əhaliyə qarşı "kütləvi qətl" törətməkdə ittiham edib.Petro özünün X sosial media hesabındakı paylaşımında Birləşmiş Millətlər Təşkilatının (BMT) İsraili "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələr siyahısına əlavə etməsi ilə bağlı xəbərdən sitat gətirib.

Prezident Petro, "Uşaq qatilləri. Bu gün fələstinli uşaqların bu kütləvi qətlini dəstəkləyən hər kəs, nasistlərin Holokostu həyata keçirdiyi dövrdə yaşayıb buna biganə qalanlar kimi dünya tarixinin qaranlıq səhifələrində öz yerini tutacaq. ." qiymətləndirməsini etdi. Kolumbiya Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək mayın 3-də İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
hurriyyet.az

1Mənbələr