AZ

Qəza nəticəsində 3 avtomobil yandı: Yaralılar var

İzmirdə baş verən qəzada 3 avtomobil kül olub, avtomobillərdə olan 6 nəfər yaralanıb.

News24.az xəbər verir ki, hərəkət edən yük maşını idarəetmədən çıxaraq şlaqbaumlara və eyni istiqamətdə hərəkətdə olan avtomobilə çırpılıb.

Daha sonra küçə ilə arxadan gələn mikroavtobus yük maşınına çırpılıb.

Qəzadan sonra avtomobildəki yanğın digər avtomobillərə də keçib, alov və tüstü səmaya qalxıb.

Qəza və yanğından sonra vasitələrdən çıxan 6 nəfər  xəstəxanalara aparılıb.

Maşınlarda baş verən yanğın yanğınsöndürmə briqadalarının gərgin işi nəticəsində söndürülüb.

Qəzaya qarışan avtomobillər yanğın nəticəsində yararsız hala düşərkən, xəsarətlərin həyati təhlükəsinin olmadığı öyrənilib.

Qəza səbəbilə bir müddət nəqliyyatın hərəkətinə bağlanan prospekt, nəqliyyat vasitələrinin geri çəkilməsi ilə normal vəziyyətə düşüb.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalar davam edir.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
news24.az

1Mənbələr