AZ

Milli Məclisin sədri Minsk şəhərində Zəfər abidəsini ziyarət edib

Bakı, 10 iyun, AZƏRTAC

Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 10-da səfər çərçivəsində Minsk şəhərində Zəfər abidəsini ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub.

Sonra burada Azərbaycan və Belarusun Dövlət himnləri səsləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
5
azertag.az

9Mənbələr