AZ

Uşaq qorxuları

Hər bir uşağın özünəməxsus qorxuları, fobiyası olur.

Araşdırmalar zamanı müəyyən olunub ki, istənilən yaş dövründə olan uşağın qeyri-adi qorxuları olur.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, 4-6 yaş dövründə olan uşaqlar tək yatmaqdan qorxur:

“Bunun səbəbi kiçik yaşdan etibarən ana-atanın yanında yatma vərdişi ola bilər. Buna görə, uşaqlara ayrılmaq çətin gələ bilər. Xüsusilə, evdə yeni bir körpə varsa, ananın diqqətini çəkmək üçün onunla yatmaq istəyə bilər. Ancaq bəzən bunun vərdiş ya da ərköyünlük ilə əlaqəsi olmadığı, qorxunun gerçək olduğu, uşağın saatlarla yuxuya gedə bilməməsi aydın olur. Yatağa girmə qorxusu ölüm və ya yuxuya bağlı qorxular səbəbi ilə ortaya çıxa bilər. Uşağın yatması uşaq ilə ana arasında müharibəyə çevrilə bilər. Bu zaman əgər ana uşağı buraxıb gedirsə, uşaq saatlarla ağlayır. Anası yanında dayandığında isə səssizcə yatır”. 

Psixoloq onu da əlavə edib ki, kiçik yaş qrupunda yaşanan travmatik hadisələr uşaqların duyğularına böyük təsir göstərir:

“Məsələn, 0-6 yaş qrupundakı uşaqlarda qışqırıq və ya partlayış səsləri, qorxulu görüntülər, qorxulu və qəfil hərəkətlər, kabuslar, fərqli qorxular və ya travma hadisəsinin əks olunması kimi özünü göstərir. Kiçik yaşlı uşaqlar təhlükəni hiss etməkdə və özünü qorumaqda digər yaş qruplarına nisbətən daha zəifdirlər. 0-6 yaşlı uşaqlar dəhşətli hadisələrin qarşısını ala bilmədikləri və nəticələrini dəyişdirə bilmədikləri üçün özlərini və valideynlərini günahlandırırlar. Böyük uşaqlardan fərqli olaraq, 0-6 yaşlı uşaqlar qorxularını, həyəcanlarını və çarəsizliklərini sözlə ifadə edə bilmirlər. Azyaşlı uşaqlar emosional və fiziki olaraq böyüklərin himayəsinə və dəstəyinə ehtiyac duyurlar”.

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
hit.az

1Mənbələr