AZ

KİV: Makronun növbədənkənar seçki qərarı beynəlxalq təşkilatları təlaşlandırıb

“Makronun növbədənkənar seçkilər təyin etmək qərarı hər kəsi təəccübləndirib. Belə ki, bir sıra beynəlxalq təşkilatlar üçün bu qərar gözlənilməz olub”.

Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransa prezidenti seçkilərin dəhşətli nəticələrini aldıqdan sonra bir neçə müşaviri ilə bağlı qapılar arxasında bu qərarı verib.

Qeyd olunur ki, AB parlamentinin səsverməsinə bir neçə həftə qalmış Makron ifrat sağçı Milli Mitinqin ölkədə üstünlük təşkil etdiyini göstərən “anketlərə inanmayıb”.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron ötən gün Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
bizim.media

1Mənbələr