AZ

"Fənərbaxça" məşhur hücumçu ilə anlaşdı

"Benfika" ilə müqaviləsi başa çatan Rafa Silva karyerasını Türkiyə Super Liqasında dhavam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçunün "Fənərbaxça"ya keçəcəyi gözlənilir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Azad agent statusunda olan təcrübəli forvardın İstanbul klubu ilə razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, Rafa Silva 2016-cı ilin yayından "Benfika"da çıxış edirdi. Portuqaliyalı futbolçu son mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 22 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Tanınmış oyunçunun bazar dəyəri 14 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
5
sportal.az

8Mənbələr