AZ

Azərbaycanla Belarus arasında iqtisadi əlaqələr strateji tərəfdaşlıqda əsas rol oynayır

Azərbaycanla

Bakı, 10 iyun, AZƏRTAC

Regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənir. Məhz bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən dövlətə, Cənubi Qafqaz regionunda isə güclü aktora çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Belarusla Azərbaycan arasında münasibətlər tarixin sınaqlarından çıxmış və bu dövlət ən çətin anlarda ölkəmizin yanında olduğunu nümayiş etdirərək onun haqq-ədalət mübarizəsinə dəstək vermişdir. Sözsüz ki, bu güclü siyasətin təbliğində medianın da rolu danılmazdır.

AZƏRTAC xəbər verir ki, iki ölkə arasında səmimi dostluq münasibətləri hər sahədə olduğu kimi, media sahəsində də özünü aydın şəkildə göstərir. “Respublika” qəzeti də beynəlxalq səviyyəli media subyektləri ilə əməkdaşlığa böyük önəm verir. Bu baxımdan, Belarusun eyniadlı qəzeti ilə yüksək səviyyəli əməkdaşlıq platformasının qurulması, təcrübə mübadiləsi prosesin sürətlə inkişaf etdiyinin bariz göstəricisidir. Bundan sonrakı mərhələdə də iki mətbu orqan arasındakı əlaqələr, ölkələrin xarici siyasəti və dostluğu fonunda yüksələn xətlə davam edəcək. Belarus mətbuatı ilə sıx əməkdaşlıq edən "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayevin Belarusun "Respublika" qəzetində dərc olunan məqaləsi iki ölkə arasında geniş əlaqələrin nümunəsidir.

Məqalədə bildirilir ki, hər iki ölkənin prezidentləri - İlham Əliyev və Aleksandr Lukaşenko arasında şəxsi etimad və səmimi münasibətlər ikitərəfli əməkdaşlığın formalaşmasında əsas rol oynayır: "Yüksək səviyyəli səfərlər, çox sayda imzalanmış sazişlər və beynəlxalq platformalar çərçivəsində fəal qarşılıqlı fəaliyyət bu dostluğun dərinliyini və davamlı olduğunu aydın ifadə edir. Bu yaxınlarda Belarus Prezidentinin Azərbaycana dövlət səfəri iki ölkə arasında sıx və etibarlı münasibətlərin daha bir sübutudur. Bu, dövlətlərimizin sabit inkişafı və rifahına, onların beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə və qarşılıqlı səmərəli layihələrin icrasına şərait yaradır".

Müəllif diqqətə çatdırır ki, iqtisadi əlaqələr iki dövlət arasında strateji tərəfdaşlığı xarakterizə edir: "Azərbaycan ilə Belarus arasında iqtisadi münasibətlər - ticarət, investisiya və sənaye əməkdaşlığı hər iki ölkənin iqtisadi artımına və inkişafına kömək edən əsas amillərdir. Birgə iqtisadi layihələr və təşəbbüslər təkcə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə deyil, həm də bütövlükdə regionun stabilləşməsinə və çiçəklənməsinə kömək edir".

Yazıda müstəqillik əldə etdikdən sonra iki ölkənin iqtisadi münasibətləri inkişaf etdirdiyi, 2000-ci illərin əvvəllərində bu əlaqələrə bir sıra qarşılıqlı faydalı sazişlər və layihələr sayəsində yeni təkan verildiyi barədə geniş məlumat da yer alır: "Belarus Respublikası Azərbaycan sənayesinin modernləşdirilməsində fəal iştirak edib, Azərbaycan isə Belarus üçün enerji və kənd təsərrüfatı sahəsində mühüm tərəfdaş olub. Bu gün ikitərəfli iqtisadi əlaqələr maşınqayırma, neft-kimya, nəqliyyat və logistika, kənd təsərrüfatı və innovativ texnologiyalar da daxil olmaqla geniş sahələri əhatə edir".

Müəllifin qənaətinə görə, neft-kimya sənayesi ölkələr arasında vacib əməkdaşlıq sahəsidir. Belarusun "NAFTAN" və "Mozır NEZ" kimi neft-kimya müəssisələrinin məhsullarının ixracı bu sahədə fəal qarşılıqlı fəaliyyəti təsdiq edir.

Məqalənin sonunda Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün ticarət dövriyyəsinin artırılmasına və ixrac-idxal əməliyyatlarının şaxələndirilməsinə zəmin yaradılmasının, yüksək texnologiyalar, əczaçılıq və aqrar sektor kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinin nəzərdə tutulduğu xüsusilə qeyd olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
azertag.az

2Mənbələr