AZ

Şagirdlərlə narkotik çəkən məktəbin mühafizəçisi tutuldu

Şagirdlərlə narkotik çəkən məktəbin mühafizəçisi tutuldu

ABŞ-ın Pensilvaniya ştatında məktəb mühafizəçisi şagirdlərlə narkotik vasitə istifadə edərək onlara elektron siqaret payladığına görə həbs edilib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 26 yaşlı Kiara Li məktəblilərə elektron siqaret və tərkibində marixuana olan maddələr paylamaqda ittiham olunur. Şagirdlərdən biri qızın tənəffüs zamanı orta sinif şagirdlərinə verdiyini dəfələrlə gördüyünü deyib. Məlum olub ki, Li məktəblilərlə birlikdə narkotik istifadə edib.

Bundan əlavə, mühafizəçi onun "müştərilərindən" biri ilə yazışıb. Orada Li və şagird bir-birlərinə narkotikin təsiri altında hiss etdiklərini danışıblar. Polis şahid ifadələri əsasında mühafizəçini həbs edib.

20 min dollar girov məbləği Li üçün əlçatmaz olduğu üçün o, həbsdə qalır. Yerli polis idarəsinin rəisi qızın işini şərh edərkən qeyd edib ki, mühafizəçilər narkotik vasitələri, o cümlədən yumşaq dərmanları yaymamalıdırlar. Onun sözlərinə görə, onların əsas vəzifəsi uşaqların təhlükəsizliyini təmin etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
sonxeber.az

1Mənbələr