AZ

Ermənistan müxalifəti iyunun 12-də parlamentin yaxınlığında toplaşmağa çağırış edib

"Vətən adına Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 12-də saat 15:00-da tərəfdarlarını parlament binası yaxınlığında toplaşmağa çağırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə müxalifət liderinə istinadla Ermənistan mətbuatı məlumat yayıb. 

"Biz dedik ki, 96 saat ərzində məsələni həll edəcəyik, sabah səhər müxtəlif yerlərdə aksiyalar keçirəcəyik və iyunun 12-də çox sayda insanın burada olması bizim üçün çox vacibdir, çünki 96 saat başa çatacaq, amma indi nə edəcəyimizi deməyəcəyəm", - Qalstanyan bildirib.

Bazar günü axşam saatlarında Qalstanyan bildirib ki, müxalifət parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti prosesinə başlayacaq və xalq bunu qanunvericilik binasından kənarda dəstəkləyəcək. Bundan sonra minlərlə insan Baqramyan prospektində parlamentə gələrək bütün gecəni orada qalıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
operativmedia.az

2Mənbələr